Şenol Güneş: "AVRO-2020-də iz qoymaq istəyirik"
03-02-2021 [12:47]
"Vəzifəyə başlayarkən, hədəfimiz AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmaq idi. Bəzi çətinliklərimiz oldu. Amma yaxşı işlər görüb, mübariz, hamının bəyəndiyi komanda formalaşdırdıq. Bunun nəticədə özünü göstərməsi bizi sevindirdi".
Bunu futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Güneş bu il keçiriləcək Avropa çempionatındakı hədəfləri barədə danışarkən deyib.
69 yaşlı mütəxəssis bildirib ki, turnir ciddi hazırlaşsalar da, pandemiya bütün planları pozub: "Həm Türkiyə, həm də Avropa liqalarının dayandırılması oyunçulara mənfi təsir etdi. Gənc komandamız var, bu uşaqların ötən il Avropa çempionatında oynamağını, nələrə qadir olduqlarını görmək istəyirdim. Amma pandemiya buna mane oldu. Digər tərəfdən isə, zədələli oyunçularımızın sağalması yaxşı oldu".
Yığmanın ümumi durumunu dəyərləndirən Güneş AVRO-2020-də iz qoymaq istədiklərini vurğulayıb: "Dəyərimizi yüksəltmək istəyirik. Heyətdəki futbolçuların heç biri dünya çempionatı görməyib. Hər birinin məqsədi Türkiyəni layiqincə təmsil etməkdir. Bu yolla ölkəni daha yaxşı tanıda bilərlər. Ona görə də məsuliyyət çoxdur. Komandamızdan qürur duyacağımız oyun və nəticələr gözləyirik. AVRO-2020-də iz qoymaq istəyirik. Bu cür turnirlər ölkəni tanıtmaq üçün ən yaxşı səhnədir. Bundan maksimum yararlanmaq lazımdır".
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Türkiyə millisi İtaliya, İsveçrə və Uelslə birlikdə A qrupunda mübarizə aparacaq. Bakı Olimpiya Stadionu qrupun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək/Report.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR