Qurban Qurbanov: "Nurlana verilən cəza bizim üçün mənəvi zərbədir"
01-02-2021 [20:47]
"Həm rahat, həm çətin oldu. Bu komandaya hər zaman ciddi yanaşmışıq. Aqressiv futbol oynamaq istəyir, hücumlarda aktiv iştirak edirlər. Qalib gəlmək üçün hər şeyi etdik. Səhvlər qaçılmazdır. Getdikcə, komanda daha səliqəli oynayacaq. Qarşıda cavab oyunu da var".
Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində evdə "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis Donald Geryenin komandadan ayrılmasına münasibət bildirib: "Gerye çox ağıllıdır, onu yaxşı tanıyıram. Bizi aldada bilməz. Razılığımız olmasaydı, gedə bilməzdi. Onsuz da onun oynaması sual altında idi. Mənə dedilər ki, variant olsa, Geryeni buraxarsınızmı. İcazə verdik, getdi".
Qurbanov futbolçu ilə təzminatsız vidalaşdıqlarını söyləyib: "Bu keçiddən heç nə qazanmadıq. Hər ailədə kaprizli övlad olur. Bunun kollektivə təsiri də var. Düşünürəm ki, ən doğru qərar oldu. Bu, digər futbolçulara da təsir edirdi. Hər şeyi gözə almışıq. Heyətdə oyunçu çatışmazlığı var. Amma onları əvəzləyən futbolçular pis təsir bağışlamırlar".
Baş məşqçi qapıçılar Şahruddin Məhəmmədəliyevlə Emil Balayev arasında fərq görmədiyini deyib: "Bu gün daha hazır olduğu üçün Balayevə şans verdik".
Qurbanov Kvabena Ovusunun 4 mövqedə oynaya bildiyini söyləyib: "Onda bu bacarıq var. Ona görə də fərqli mövqelərdə Ovusudan yararlanırıq. Belə futbolçulardan xoşum gəlir".
Təcrübəli mütəxəssis bildirib ki, Nurlan İbrahimovla bağlı hər hansı quruma müraciətin mənası olmayacaq: "Biz cəriməni düşünmürük. İşçimiz futboldan kənarlaşdırılıb. Bizim ən çox bu amil narahat edir. Nurlana verilən cəza bizim üçün mənəvi zərbədir. Bizə ən çox təsir edən məhz budur. Sadəcə "Qarabağ" adının məsuliyyətini hər zaman dərk etməliyik. Bu ad dünya ictimaiyyətində tez-tez çəkilir. Hər zaman düzgün addım atmalıyıq. Təbii ki, texniki səhvlər olur. Amma əsas klubun adını qoruyub-saxlamaqdır. Elə etməliyik ki, bizə qarşı antipatiya yaranmasın"/Report
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR