Professor Nəcəf Müseyibli: "Qarabağda tarixi qoruqlar yaradılmalıdır"
25-01-2021 [13:15]
Nəcəf Müseyibli
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru,
professor
***
Vətən müharibəsində şanlı qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlanmışdır. Erməni vandallarının uzun illər ərzində işğal etdikləri Qarabağda və ətraf rayonlarda törətdikləri dağıntıların nəticələrinin aradan qaldırılması, bölgədə insan həyatının hərtərəfli bərpa edilməsi üçün hələ uzun müddət əsaslı işlər aparılmalıdır. Bunun üçün Azərbaycan xalqının və dövlətinin möhkəm iradəsi, lazımi maddi imkanları, ən əsası isə tarixi torpaqlarımıza tükənməz Vətən sevgisi vardır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibənin başa çatmasından dərhal sonra imzaladığı Sərəncamlar və göstərişləri əsasında işğaldan azad edilmiş ərazilərdə başlanmış böyük dirçəliş, tikinti-quruculuq işləri uğurla davam etdirilir. Tədricən bu işlər Qarabağın indi ermənilər yaşayan ərazilərini də əhatə edəcək və həmin rayonlarda da əsil insan həyatının bərpası üçün lazımi tədbirlərin görüləcəyi şübhəsizdir.
Azad edilmiş ərazilərdə dirçəliş işlərinin mühüm bir istiqamətini də tarixi abidlərlə bağlı fəaliyyət təşkil edəcəkdir. Ermənilər tərəfindən dağıntılara məruz qalmış tarixi-memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması üçün arxeoloji axtarış işlərinin aparılması qarşıda duran əsas vəzifələrdəndir. Bütün bu fəaliyyətin məqsədi bir neçə mərhələdən ibarətdir: 1. Abidələrin mühafizəsi; 2. Abidələrin tədqiqatları; 3. Abidələrin turizm məqsədi ilə istifadəsi. Bu işlərin uğurla həyata keçirilməsi üçün müvafiq qurumların birgə fəaliyyətinin koordinasiya edilməsi vacibdir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası abidələrin axtarış, qeydiyyat və tədqiqat işlərini, Mədəniyyət Nazirliyi onların qorunması və idarə edilməsi, Dövlət Turizm Agentliyi isə turizm məqsədi ilə istifadəsini təşkil etməlidirlər. Məhz bu qurumların sıx əməkdaşlığı abidələrimizin regional və beynəlxalq miqyasda tanınması, təbliğ edilməsi, Qarabağın qədim və orta əsrlər dövrü tarixinin tədqiqatları işinə böyük töhfə verəcəkdir.
Qarşıdakı bu fəaliyyətdə icra ediləcək mühüm işlərdən biri Qarabağ və ətraf rayonlarda tarixi qoruqların yaradılmasıdır. Bu bölgədə hələ 1988-ci ildə “Şuşa tarix-memarlıq qoruğu” təşkil edilmişdi. Lakin həmin dövrdən başlanan, Qarabağın Azərbaycandan qoparılmasına yönələn separatizm hərəkatı və sonra bölgənin Ermənistan tərəfindən işğalı tarixi abidələrlə, eyni zamanda Şuşa qoruğu ilə bağlı fəaliyyəti də dayandırmışdır. Halbuki bu bölgədə həmin illərə qədər yüzlərlə arxeoloji və memarlıq abidələri məlum idi və onların bir qismində elmi tədqiqat işləri aparılmışdır. Bundan sonra bu ərazilərdə aparılacaq araşdırmalar nəticəsində bu vaxta qədər elmə məlum olmayan çoxsaylı abidələrin aşkar ediləcəyi şübhəsizdir.
Əlbəttə, bütün tarixi abidələrin eyni səviyyədə mühafizəsi vacibdir və bu məsələ qanunvericilikdə də öz əksini tapmışdır. Lakin daha böyük elmi, tarixi əhəmiyyət kəsb edən abidəyə və ya abidələr qrupuna qoruq statusunun verilməsi onların yerləşdiyi ərazilərdə böyük tikinti işlərinin qadağan edilməsini və yaxud xüsusi nəzarətlə qismən aparılmasını, memarlıq abidələrinin, aparılmış arxeoloji qazıntı işlərinin nəticələrinin imkan daxilində konservasiya edilərək turizm məqsədi ilə istifadəsini və s. idarəçilik işlərini nəzərdə tutur.
Şübhəsiz, Qarabağ və ətraf ərazilərdə aparılacaq elmi tədqiqat işləri nəticəsində bölgədə tarixi qoruqların təşkili üçün potensial sahələr müəyyən ediləcəkdir. Amma indiki zamanda bu bölgədə bir sıra ərazilərdə kompakt yerləşən abidələri tarixi qoruqlarda birləşdirmək mümkündür. Bu baxımdan ilk növbədə Xocavənd və Füzuli rayonlarının ərazisində axan Quruçay və Köndələnçay çaylarının hövzələrindəki abidələri qeyd etmək olar. Bu çayların arasındakı dağlıq, dağətəyi və düzən ərazidə Azıx və Tağlar mağaralarındakı ibtidai insan düşərgələri (Xocavənd rayonu), Neolit, Xalkolit və Tunc dövrlərinə aid Günəştəpə, Qaraköpəktəpə, Kültəpə, Xantəpə, Uzuntəpə, Meynətəpə (Füzuli rayonu) və s. arxeoloji abidələr məlumdur. Lokal bir ərazidə yerləşən bütün bu abidələr Azərbaycanın qədim tarixinin müxtəlif dövrlərini özündə yaşadır. Adları göstərilən Neolit-Tunc dövrü yaşayış yerləri bu bölgədə bir neçə min ili əhatə edən tarixi dövrlər arasında varislik məsələlərinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bu amillər Quruçay və Köndələnçay vadisi abidələrinin tarixi qoruq elan edilməsinin vacibliyini şərtləndirir. Bu abidələrdən aşkar edilmiş tapıntıların qorunması və turistlərə nümayiş etdirilməsi üçün Füzuli şəhərində muzeyin yaradılması da məqsədəuyğundur.
Tarixi qoruq yaradılması üçün digər abidələr qrupu olaraq Kəlbəcər rayonu ərazisindəki Tunc dövrünə aid qayaüstü təsvirlər nəzərdə tutula bilər. Dəlidağın yamaclarında ötən əsrin 70-ci illərində aşkar edilmiş bu təsvirlərin sayı minlərlədir. Azərbaycan xalqının qədim əcdadlarına məxsus bu abidələr məlum səbəblərdən ətraflı tədqiq edilməmişdir. Onların yayılma arealının dəqiqləşdirilməsi, qeydiyyata alınması, tədqiq edilməsi üçün arxeoloji ekspedisiyanın təşkil edilməsi əsas vəzifələrdən biridir.
Ümumiyyətlə, yaxın gələcəkdə Qarabağ bölgəsində Tərtərçay, Qarqarçay, Həkəriçay və digər çayların hövzələrində yığcam halda yerləşən abidələrin qoruqlar halında birləşdirilməsi perspektivləri öyrənilməlidir. Eyni zamanda bəzi qədim şəhər qalıqları, alban xristian dini-memarlıq abidələri tarixi qoruqlara çevrilə bilər.
Bölgədə artıq başlanmış və bundan sonra daha da genişlənəcək tikinti-quruculuq və təsərrüfat işləri yerləri yalnız mütəxəssislər tərəfindən müəyyən edilə bilən arxeoloji abidələrin vəziyyətinə mənfi təsir göstərə bilər. Buna görə də bütövlükdə işğaldan azad edilmiş bölgədə aparılacaq araşdırmalar nəticəsində abidələrin mühafizəsi, müəyyən ərazilərdə tarixi qoruqların yaradılması üçün AMEA və Mədəniyyət Nazirliyi birgə layihələr hazırlayaraq dövlət rəhbərliyinə təqdim etməlidirlər.
Mia.az
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq