“Sağlamlıq imkanları məhdud uşaqların (əlil) problemlərinin həllində medianın rolu” semminarı

img

09-12-2013 [15:12]


"Sağlamlıq imkanları məhdud uşaqların (əlil) problemlərinin həllində medianın rolu” mövzusunda seminar keçiriləcək. 

Seminarın işində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin, bu sahədə fəaliyyət göstərən QHT rəhbərlərinin, mütəxəssislərin, ekspertlərin və tanınmış media nümayəndələrinin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Britaniya Şurası Avropa Birliyi tərəfindən maliyyələşən "bərabərhuquqlu cəmiyyətlərdə inkluziv qərarların qəbulu” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində kütləvi informasiya vasitələrində əlliliyi olanların cəmiyyətə sosial inteqrasiyasi ilə bağlı prioritetlər də daxildir. Bununla bağlı Böyük Britaniya konsulluğunun nümayəndəsinin də çıxışı nəzərdə tutulub. Bütün kütləvi informasiya vasitələri dəvət olunur. Tədbirin sonunda kofe brek nəzərdə tutulub. Təşkilatçı EMco kompanıyasıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA