Azərbaycanlı məşqçi: "İş yoxdur, həmkarlarım balıq tutub satır"
08-01-2021 [13:25]
Artıq bir ilə yaxındır çalışıram ki, səsimizi eşitsinlər. Amma nəticəsiz qalır. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə, həmçinin Gənclər və İdman Nazirliyinə məktub yazmışam. Heç bir cavab yoxdur. Uşaq liqası bir ildir əziyyət çəkir".
Mia.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında üzgüçülük üzrə məşqçi Yana Xasyanova üzləşdiyi problemlər barədə danışarkən deyib.
Avropa Azərbaycan Məktəbi və "Şüa" İdman-Sağlamlıq Kompleksində 8 - 12 yaşlı uşaqlara məşq keçən mütəxəssis məşqçilərin 1 ilə yaxındır işsiz olduğunu bildirib: "Həmkarlarım nəinki işsiz, həm də qazancsız qalıblar. Öz hesablarına məzuniyyətə göndəriliblər. Yaxşı idmançılarımız var. Onlar hələ də üzgüçülüyə maraqlarını itirməyiblər. Bacardığım qədər dəstək verirəm, dəniz kənarında məşqlər keçirəm, onlarla onlayn qaydada çalışıram. Amma bilirsiniz ki, hovuzsuz üzgüçülərə çox çətindir, mümkün deyil".
Xasyanova pandemiya dövründə ən çox azyaşlı idmançıların əziyyət çəkdiklərini söyləyib: "Onlara görə üzülür, məyus oluram. Halbuki həmin uşaqlardan biri gələcəkdə böyük idmançı ola, nüfuzlu turnirdə ölkənin bayrağını ucalda bilər. Milli komanda üçün icazə alınıb, ötən ilin iyunundan məşq edirlər. Uşaq üzgüçülük liqası və digər idman növləri isə məhv olur".
Dünyada üzgüçülük üzrə yarışların keçirildiyini xatırladan məşqçi bir müddət öncə Gürcüstanda beynəlxalq turnirə dəvət aldıqlarını vurğulayıb: "Rusiya və Türkiyədə yarışlar davam edir. Hazırda üzgüçülük bəlkə də ən təhlükəsiz idman növüdür. Məşqləri dayandırmayan idmançılarımızdan heç biri virusa yoluxmadı. Xlorlu su, 100 faizlik dezinfeksiya, böyük ağciyər həcmi, yüksək immunitet. Paltardəyişmə otağına gəlincə, avtobuslarda az adam olur? Təbii ki, yox. Bütün məsələlərə, hətta soyunub-geyinmə otağı məsələsinə də baxmaq olar".
Xasyanovanın sözlərinə görə, tətbiq olunan qadağalar elə də effekt vermir: "Yoluxmaqdan qorxan evdə oturanda da xəstələnir. Digərlərinə yaşamaq imkanı vermək lazımdır. Onsuz da hamı öz hesabına müalicə olunur. Belədə niyə işə çıxmağa qoymurlar? Rusiya və Türkiyədən olan həmkarlarım hovuzlarda öz işlərini davam etdirirlər. Düzdür, bir saatlıq ziyarətçi sayında məhdudiyyətlər var. Amma insanları aldatmırlar. Onlara seçim şansı verirlər".
O, Azərbaycanda çalışan bəzi həmkarlarının ailəsini dolandırmaq üçün fərqli sahələrə üz tutduqlarını deyib: "Bəzi məşqçilərimiz yayda balıq tutub satırdılar. Maşını olan taksi fəaliyyəti ilə məşğul olmağa başladı. Halbuki onların hamısı ali təhsillidir. İndi heç kimə lazım deyillər, ortada qalıblar. İdman yoxdursa, Gənclər və İdman Nazirliyi, qurumun minlərlə əməkdaşı niyə işləyir? Qoy, nazirlik cavab versin ki, niyə vəziyyət belədir? Avqustda hər 100 kvadratmetrdə 5 nəfər olmaq şərtilə idman zallarının açılması barədə müzakirə gedirdi. Sonra isə susdular".
Xasyanova problemin həlli üçün Gənclər və İdman Nazirliyinə müraciət və ya etiraz etməyin mənasız olduğunu bildirib: "Kollektiv şəkildə etirazımız olmayıb. Çünki heç bir mənası yoxdur. Hazırda orada heç kim yoxdur, hamı evdən işləyir. Nazirliyin e-mail ünvanına yazmışam. Cavab vermirlər. TƏBİB-ə istinad edirlər. Bu isə hər kəsə qadağalar qoyan və heç bir şeyə cavabdeh olmayan qəribə təşkilatdır. Yalnız işəgötürənlərə müraciət etmişik. Həmçinin davamlı olaraq sosial şəbəkələrdə paylaşımlar edirəm".
Gənclər və İdman Nazirliyinin İdman şöbəsindən isə "Report"a bildirilib ki, bütün idmançıların vəziyyəti diqqət mərkəzində olsa da, hər şey Nazirlər Kabinetinin qərarları əsasında müəyyənləşir: "Vəziyyəti başa düşürük. Bizim də ən böyük arzumuz odur ki, idmançılarımız məşqlər etsinlər, Elə idman növləri var ki, xüsusilə üzgüçülüyün inkişafı, idmançıların geridə qalmaması üçün onlara suda intensiv məşqlər çox lazımdır. Amma bu, bizdən asılı məsələ deyil. Hər şey Nazirlər Kabinetinin qərarları əsasında müəyyənləşir. Yalnız qərar veriləndən sonra nə isə demək olar. Sual yarana bilər ki, bunun üçün Nazirlər Kabinetinə müraciət etmişikmi? Bəli, etmişik. Bizim üçün də idmançıların sağlamlığı, onların yaxşı formada qalması ən önəmli amillərdən biridir".
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR