Binəqədi İcra Hakimiyyətində daha bir təyinat, 1-ci müavin bəlli oldu – ÖZƏL

img

05-12-2013 [17:36]



Az öncə vəzifəsindən qalmaqalı şəkildə uzaqlaşdırılan Binəqədi rayon icra hakimiyyəti başçısının birinci müavini Qəzənfər Novruzovun yerinə yeni təyinat olub.

 Mia.az xəbər verir ki, Qəzənfər Novruzovun yerinə başçı Xaləddin İsgəndərovun dünənə qədər humanitar məsələlər üzrə müavini olan İlqar Süleymanov təyin olunub: «Aygün Əliyeva isə İlqar Süleymanovun əvvəlki vəzifəsinə, yəni humanitar məsələlər üzrə müavin postuna gətirilib».

 Onu da qeyd edək ki, 1-ci müavin İlqar Süleymanov Xaləddin İsgəndərovun kadrı sayılır. Onların hər ikisi hazırkı vəzifələrinə qədər vergi sistemində işləyiblər.

 Mia.az 1-ci müavinin tərcümeyi-halını təqdim edir:

 Süleymanov İlqar Qəzənfər oğlu 12 iyul 1970-ci ildə Gədəbəy rayonunun Keşişkənd kəndində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Maliyyə kredit” fakultəsini bitirmişdir.

 Əmək fəaliyyətinə 1992-ci ildə Xızı rayon Dövlət Vergi Müfəttişliyində Dövlət vergi müfəttişi, şöbə rəisi olaraq başlamış, 2000-2001-ci illərdə Xızı rayonu üzrə Vergilər şöbəsinin rəisi, 2001-2002-ci illərdə Nəsimi rayonu üzrə Vergilər İdarəsində rəis müavini, 2002-2004-cü illərdə Bakı şəhəri Baş Vergilər İdarəsində Operativ nəzarət idarəsinin rəis müavini, 2004-2010-cu illərdə Vergilər Nazirliyinin vergi ödəyicilərinin auditi baş idarəsinin şöbə rəisi, 2010-2012-ci illərdə 6 saylı Ərazi Vergi İdarəsinin rəisi, 2012-ci ildə Vergilər Nazirliyinin iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsində rəis müavini vəzifələrində çalışmışdır.

 Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini almışdır.

 O, 30 dekabr 2012-ci il başçısının humanitar məssələlər üzrə müavini təyin olunub.

  Ailəlidir, dörd övladı var.

/span /span/spanspan lang="AZ-LATIN"span lang="EN-US"/spanspan style="mso-spacerun:yes"span lang="AZ-LATIN" style="mso-ansi-language:AZ-LATIN"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA