Hesablama Palatasının sədri büdcə layihəsi ilə bağlı Milli Məclisdə çıxış edib - MƏTN
24-12-2020 [13:25]
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun 2021-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Milli Məclisin plenar iclasında çıxış edib.
Mia.az həmin çıxışı təqdim edir:
Hörmətli Sahibə xanım, hörmətli Baş Nazir!
Hörmətli millət vəkilləri və dövlət orqanlarının rəhbərləri, iclas iştirakçıları!
İlk olaraq təqdim edilən və müzakirəyə çıxarılan sənədlərin hüquqi əsasları barədə məlumat vermək istərdim. Hesablama Palatası öz rəyini “Hesablama Palatası haqqında” və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun şəkildə təqdim etmişdir. Qısa müddət ərzində hazırlanmış olan bu rəy “Büdcə zərfi”inə daxil olan sənəd və məlumatların əsaslılığı və tamlığı, həmçinin göstəricilərin əsas makroiqtisadi parametrlərlə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir.
Qeyd etmək istəyirəm ki, 2021-ci ilin dövlət büdcəsinin layihəsinin tərtibi və strukturu “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12 və 16-cı maddələrinin müəyyən etdiyi tələblərə uyğundur. “Büdcə zərfi” ilə bağlı diqqətə çatdırmaq istədiyim digər bir məsələ bu zərfin məlumatlılığı ilə bağlıdır.
“Büdcə zərfi”nə bəzi istiqamətlər barədə əlavə məlumatlar daxil edilmişdir və bu, əhatəliliyin artmasına xidmət edir. Dövlət büdcəsinin layihəsi ilə bağlı Hesablama Palatasının əvvəlki rəylərdə əks etdirdiyi münasibətlərin və qeydlərin nəzərə alındığını vurğulamaq istərdim.
Hesablama Palatası “Büdcə zərfi”ni şəffaflıq və faydalılıq baxımından müsbət qiymətləndirməklə yanaşı, dövlətin maliyyə inzibatçılığının qiymətləndirilməsi üçün istifadə edilən beynəlxalq mütərrəqi təcrübədəki metodologiyaya əsaslanaraq məlumatlılığının artırılması, şəffaflığın təmin edilməsi istiqamətində atılan addımların davam olunmasının vacibliyini qeyd edir.
Hörmətli millət vəkilləri,
2021-ci ilin dövlət büdcəsindən danışan zaman fəxrlə qeyd edilməli əsas məqam bu maliyyə sənədinin uzun illərdən sonra suveren ərazilərimizi tam əhatə edən və Qarabağ torpaqlarına da şamil olan bir büdcə olmasıdır. Növbəti ildə dövlət büdcəsinin vəsaitləri Ali Baş Komandanın rəhbərliyi ilə əzmkar ordumuzun onillərdir işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda apardığı uğurlu əməliyyatlar nəticəsində azad olunmuş rayon və şəhərlərdə bərpa-quruculuq işlərinə yönəldiləcəkdir. Həmin ərazilərin qaytarılması və dirçəlməsi dövlətimizin iqtisadi gücü və vətəndaşlarımızın rifahının yüksəldilməsində xüsusi rol oynayacaqdır.
Son illərdə qlobal iqtisadi meyllərin daha çox siyasi faktorların təsiri ilə formalaşdığının şahidi olmuşuq və 2020-ci il də istisna olmadı. Lakin cari ildə bu müstəviyə daxil olan “tibbi çalarlar” növbəti ilin dövlət büdcəsinin layihələndirildiyi dövrü daha da mürəkkəbləşdirdi və nəticədə son illərdə müşahidə edilmiş neqativ meyllərin trayektoriyası daha tərəddüdlü və kəskin oldu. Həmin meyllər pandemiya və onun nəticələrinin aradan qaldırılması ilə əlaqədar tətbiq edilən sərt karantin rejiminin nəticəsidir və təbii ki, bu tip tədbirlərin neqativ təsirlərinin Azərbaycan iqtisadiyyatına da transmissiya olunması qaçılmaz idi. İl ərzində çoxsaylı neqativ şokların iqtisadi sistemə daxil olması və iqtisadiyyatın yeni yaranmış vəziyyətə uyğunlaşdırılması zərurəti 2020-ci il üzrə hazırlanmış proqnoz göstəricilərinə əhəmiyyətli fərqlərlə düzəliş edilməsini labüd etmiş, gözləntilər minimallaşdırılmışdır. Cari ildə qlobal iqtisadi konyunkturda qeydə alınmış kəskin dəyişikliklər və davam etməkdə olan tərəddüdlər, ölkə daxilində izlənmiş effektlər, həmçinin şanlı qələbə ilə yekunlaşmış Vətən müharibəsi 2021-ci il üzrə makroiqtisadi parametrlərin əsas məcrasını formalaşdırmışdır.
Hörmətli millət vəkilləri,
İndi isə növbəti ilin dövlət büdcəsinin bəzi xarakteristikaları və rəydə bir sıra istiqamətlər üzrə qeyd edilmiş münasibətləri diqqətinizə çatdırım. İlk olaraq büdcənin gəlirləri barədə. 2021-ci ilin dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 5,4% çox olmaqla 25,4 mlrd. manat məbləğində nəzərdə tutulmuş, cari illə müqayisədə 6 tədiyə növü üzrə azalma, 13 növ üzrə artım proqnozlaşdırılmış, 1 mənbədən gəlirlər isə sabit saxlanılmışdır. Bu istiqamətdə qeyd edilməli digər bir məqam gəlir mənbələrinə iki istiqamətin əlavə edilməsidir. Belə ki, əvvəlki illərlə müqayisədə ilk dəfə olaraq qeyri-neft sektoruna aid edilən digər mənbələr - Mərkəzi Bankın mənfəətindən 250,0 mln. manat məbləğində ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert 880,0 mln. manat vəsait büdcə gəlirlərinin tərkibində nəzərdə tutulmuşdur.
Dövlətin xərclərinin real sektordan yığılan vergi və digər icbari ödənişlər hesabına qarşılanma dərəcəsi, paralel olaraq xərclərin neft gəlirlərindən asılılığının azaldılması bütün gəlirlərin mobilizasiyasını labüd edir. Qeyd edək ki, beynəlxalq maliyyə təşkilatları tərəfindən artıq gəlirlərin orta müddətə mobilizasiyasının aktuallığı qeyd olunmuş, bu istiqamətdə strategiyanın hazırlanması tövsiyə edilmişdir.
Bu, gəlir daxilolmalarının kompleks şəkildə artırılması, gəlirlərin inzibatçılığının yüksəldilməsi və vergi siyasəti üzrə hədəflərin daha optimal formada idarə edilməsi, əsas məsələ olaraq isə gəlirlərin xərc prioritetlərinin icrasına əsaslı maliyyə zəminin formalaşmasını təmin edər. Belə yanaşma, mütərəqqi təcrübədə icmal büdcənin və dövlət büdcəsinin balansı üzrə müşahidə edilən fərqliliyi də hamarlaşdırmaq imkanlarını təqdim edir.
Bu konteksdən çıxış edərək, Hesablama Palatası bəzi gəlir növləri üzrə cari ilin faktiki göstəriciləri, növbəti ilin münbit makrogöstəricilər fonunda əlavə potensialın olması qənaətindədir və bu barədə rəydə ətraflı məlumat verilmişdir.
Növbəti ilin büdcə xərcləri ilə bağlı qeyd edim ki, 2021-ci ilin büdcə xərcləri (28,5 mlrd. manat) milli valyuta ifadəsində ən böyük göstərici olmaqla proqnozlaşdırılmışdır və ÜDM-ə nisbət göstəricisi də 37,7% təşkil etməklə yüksəkdir.
2021-ci ilin dövlət büdcəsi vəsaitlərin strateji hədəflərin bu hədəflərin nail olunmasına yönəldilən vəsaitlərlə uyğunluğunu təmin etmək məqsədi daşıyan nəticə əsaslı büdcə prinsipinə keçidin ilkin mərhələsinin tətbiq edildiyi büdcədir. Belə ki, növbəti ildə 3 sektor üzrə xərclər Orta Müddətli Xərclər Çərçivəsinə uyğun şəkildə proqnozlaşdırılmışdır. Bu çərçivə dövlət büdcəsinin proqramlılıq səviyyəsinin yüksəldilməsinə xidmət edir və artıq 2021-ci il üçün biz bunun şahidi oluruq. Dövlətin strateji hədəflərinə nail olunması istiqamətində resursların səmərəli istifadəsi və “resurs-hədəf” uyğunluğunun tam təmin olunması tətbiq edilən yanaşmaların mütəmadi təkmilləşdirilməsini zəruri edir. Hesablama Palatası proqram layihələrinin tərtibi, indikatorların cari şərtlərə uyğun şəkildə müəyyən edilməsi, xüsusilə Dövlət İnvestisiya Proqramı çərçivəsində mənbələrdən istifadə istiqamətində mümkün bütün imkanların istifadə olunmasını təmin edəcək addımların mərhələli şəkildə davam etdirilməsinin vacib olduğu qənaətindədir. Ümumilikdə isə , dövlət proqramlarının tərtibi, bu proqramlar üzrə vəsaitlərin proqnozlaşdırılması, xüsusilə dövlət proqramlarının bir-biri ilə və ölkənin strateji hədəfləri ilə uyğunlaşdırılması, icrasının monitorinqi ilə bağlı normativ-hüquqi aktların çeşidinin artırılması öz aktuallığını qorumaqdadır.
Hörmətli millət vəkilləri,
Növbəti ildə büdcə kəsiri 3,1 mlrd manat olmaqla poqnozlaşdırılmışdır.
Ümumiyyətlə, büdcə kəsiri və onun maliyyələşmə mənbələri növbəti illərdə diqqətdə saxlanılmalı vacib büdcə parametrləridir.
Kəsirin maliyyələşdirmə mənbələrindən biri kimi özəlləşdirmədən daxilolmalar növbəti ildə, əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artımla proqnozlaşdırılmışdır. Nəzərdə tutulan vəsait (111,0 mln. manat) 2019 və 2020-ci ilin göstəricilərindən çoxdur. Alınan əlavə məlumatlar artımın strateji yol xəritələrində müəyyən edilmiş elektrik stansiyalarının və telekommunikasiya müəssisələrinin özəlləşdirilməsinə dair müvafiq sərəncamların verilməsindən sonra gözlənilən daxilolmalarla əlaqəli olduğunu göstərir.
Müşahidə edilən artım fonunda 2022-2024-cü illər üçün özəlləşdirmədən yenidən daxilolma səviyyəsinin azalma ilə - cari il proqnozu həcmində nəzərdə tutulmasıdır. Göstərilən fərqli dinamika özəlləşdirmə sahəsində strategiyanın yenidən nəzərdən keçirilməsinin vacibliyini labüd edir.
Növbəti ilin dövlət büdcəsinin fərqli məqamlarından biri də kəsirin maliyyələşməsinin əsas mənbəyinin, əvvəlki illərdəki kimi, vahid xəzinə hesabının qalığı ilə deyil, borclanma ilə bağlı olmasıdır. Belə ki, 585,0 mln.manat məbləğində xarici borc məbləğinin sərbəst qalığa əlavə edilməsi və daxili borclanmadan daxilolmalar hesabına 2021-ci il dövlət büdcəsi kəsirinin 1300,0 mln. manat məbləğinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə, 2021-ci ilin dövlət büdcəsi ilə birgə təqdim edilmiş məlumatlara görə xarici valyuta nominallı borc öhdəliklərinin azaldılması və dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payı ilə bağlı Strategiyada müəyyən edilmiş hədəflər gözlənilmişdir.
Hörmətli cənab Baş Nazir,
Sizin və hökumətin digər üzvlərinin büdcə müzakirələrində iştirakından istifadə edərək növbəti ildə büdcə vəsaitlərinin istifadəsi ilə bağlı bəzi təkliflərimizi təqdim etmək istərdim. İlk olaraq, mövcud resursların qanunauyğun icrasının təmin edilməsi məqsədilə ayrı-ayrı xərc istiqamətləri üzrə xərc normalarını müəyyən edən və əvvəlki illərdə qəbul edilmiş qərarların təkmilləşdirilməsi və yeni aktların yaradılması ilə bağlı. Fikrimizcə, normativ-hüquqi aktlar bazasının bu istiqamətdə genişlənməsi büdcə vəsaitlərinin əsaslı proqnozlaşdırılmasına və qənaətli istifadəsinə böyük töhfə vermiş olacaq.
Diqqətinizə çatdırmaq istədiyimiz digər məsələ büdcə təşkilatlarında çalışan əməkdaşların əməyinin ödənilməsi sisteminə yanaşmaya yenidən baxılması zərurətidir. Belə ki, xüsusilə müxtəlif dövlət orqanlarında eyni vəzifəni yerinə yetirən əməkdaşların əməyinin ödənilməsində fərqliliklər mövcuddur.
Nəhayət, hesab edirik ki, tikinti sferasında, əməliyyat proseslərinin rəqəmsallaşmasında, xidmət xərclərinin hesablanmasında yanaşmaların dəyişdirilməsi dövlət vəsaitlərinə əhəmiyyətli qənaət edilməsi imkanlarını yaradar.
Hörmətli millət vəkilləri,
Şərəfli Vətən müharibəsindən qalib çıxmış bir dövlət olaraq Azərbaycan Respublikasının növbəti il üçün dövlət büdcəsi mövcud şəraitin nəzərə alındığı bir büdcədir. Ali Baş Kondanın sözlərini sitat gətirərək bildirmək istəyirəm ki, biz həm haqlıyıq, həm də güclüyük. Haqlı və güclü dövlətin büdcə layihəsinə Hesablama Palatası müsbət Rəy vermişdir.
Rəyin müzakirələrdə millət vəkillərinə ətraflı və detallı məlumatlar təqdim edəcəyinə ümid edərək diqqətinizə görə təşəkkür edirəm.
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"