Şəhid Xudayarın Vətən türküsü
17-12-2020 [18:24]
Xudayar Allaha dost olan demək,
Xudaya yar olan unudulurmu?!
Özü oxuduğu bir havacat tək,
Göylərə car olan unudulurmu?!
Min il keçirsə də zaman atında,
Yenə də qalacaq gənc həyatında.
Şəhidlər diridir Allah qatında,
Həmişə var olan unudulurmu?!
Çox gəzib, görmüşəm qoca Bərdəni,
Olub Nizaminin ilham mədəni.
Sənətə kar olan duymaz pərdəni,
Heç sənətkar olan unudulurmu?!
Şəhid sənətkarın əsgər avazı,
Vətən sevgisiylə gəzdi arazı.
Əli silahlının coşqun boğazı,
Kamança, tar olan unudulurmu?!
Duyub Əlbabanı, bilib Vahidi,
Vətən havasının şəhid şahidi.
O öz səsiylə də bir silah idi,
Qatar-qatar olan unudulurmu?!
Necə duyğu varmış şəhid səsində,
Gəzir yaddaşında o hər kəsin də.
Hər vətənsevərin zümzüməsində,
Səsi aşkar olan unudulurmu?!
Bu dəm başqa dəmdi, başqa hal idi,
Əldə nə mikrafon, nə qaval idi.
Silah qucağında darmacal idi,
Düşmana dar olan unudulurmu?!
Bir az dincəlirdi əsgər yığnağı,
Düşman çəpərləri, neçə göz dağı,
Vətən havasında qardaşlıq bağı,
Bağlanıb tar olan unudulurmu?!
Bu gənclər nə zaman gəldi dünyaya?
Düşdü vətən adlı böyük sevdaya?!
Döşəkləri zirvə, yastığı qaya,
Yorğanı qar olan unudulurmu?!
Sən bir ona bax ki, bu gənc yaşında,
“Sevgilim” havası yoxdu başında,
Vətən türküsüylə Haqq savaşında,
Dildə şüar olan unudulurmu?!
Daha Zəngilanın uca Ağbəndi,
Oldu qəlbimizdə Xudayar kəndi.
O marşa çevirdi bir neçə bəndi,
Diyar-diyar olan unudulurmu?!
Atif, o özü də bir hava idi,
Vətənə çevrilən gur nəva idi,
Elə havası da bir dava idi,
Heç Xudayar olan unudulurmu?!
Müəllif: Atif Islamzadə
P.S. Xatırladaq ki, kiçik gizir Yusifzadə Xudayar Müslüm oğlu Qarabağ döyüşlərində şəhid olub. O, Prezident İlham Əliyevin Sərəncam ilə ölümündən sonra "Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Mia.az
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...