Qətnamənin əleyhinə çıxan yeganə fransız senator: "Onların çoxu heç Dağlıq Qarabağı xəritədə belə göstərə bilməzlər"
26-11-2020 [12:41]
Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnamənin səsvermə prosesinin detalları məlum olub.
Bu qərəzli sənədi Dağlıq Qarabağ münaqişəsinin detalları barədə heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən xəbərsiz olan, hətta çıxışları belə dinləməyən, iclasboyu telefonlarında qurdalanan senatorların qəbul etməsi diqqətdən yayınmayıb.
Qətnamə layihəsinin qəbul edilməsinə qarşı çıxan yeganə senator Natali Qule səsverməsonrası belə deyib:
“Layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Təbii ki, onlar erməni diasporunun tam təsiri altında bunu edirlər. Senatorların bir çoxu heç Dağlıq Qarabağı xəritədə belə göstərə bilməzlər. Biz münaqişə tərəflərini daim sülhə çağırırdıq, günahsız insanların ölməsini istəmirdik. Artıq razılaşma var, tərəflər müharibəni dayandırıb, artıq qan tökülmür. O zaman bu qərəzli qətnaməyə nə ehtiyac var?".
Bildirilib ki, çıxışlar zamanı Fransa Senatının bir çox üzvünün müharibənin dayandırılmasından, tərəflər arasında razılaşmanın əldə olunmasından xəbəri belə yoxdur: "Məsələn, militarist ruhda çıxış edən senator Stefan Ravyenin sözlərinə görə, Fransadakı erməni gənclər vətənlərinə dönüb vuruşmaq istəyirlər, onların yolu açılmalıdır. O qeyd edib ki, Fransadakı QHT-lər onlara yardımçı olmalıdır. Digər senator Alen Rişar qondarma rejimin guya hələ 1991-ci ildən müstəqil dövlət kimi fəaliyyət göstərdiyini deyib. Bununla belə, iclasın yekununda çıxış edən Fransa Xarici İşlər Nazirliyi yanında parlament məsələləri üzrə dövlət katibi Jan Batist Lemuan qətnamə layihəsinin Fransanın mənafeyinə uyğun olmadığını, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral mövqe sərgiləməli olduğunu diqqətə çatdırsa da, bu, Senatın mövqeyinə təsir etməyib"/Report
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir