Qarabağda Azərbaycana qarşı döyüşən “Krım könüllüləri birləşməsi”nin rəhbərinə cinayət işi açıldı - Prokurorluqdan açıqlama
05-11-2020 [17:02]
Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Martoyan Armen Hamletoviç (Samvel) və digərlərinin Azərbaycan Respublikasına qarşı törətdiyi cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material üzrə araşdırma aparılıb:
"Araşdırmalarla qeyd olunan “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Rusiya Federasiyasının vətəndaşı Martoyan Armen Hamletoviç (Samvel ləqəbli) və həmin qruplaşmanın digər üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə, həmçinin qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüb döyüş əməliyyatlarında iştiraklarına dair müzakirələr aparmaqla cinayət əlaqəsinə girmələri, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın rəhbərliyi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.
Bundan başqa, cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, döyüş əməliyyatlarında iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Hal-hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən Rusiya Federasiyasının aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatət hazırlanır.
Baş Prokurorluq bəyan edir ki, qeyd edilən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlər görülməklə beynəlxalq təşkilatlara müraciət edilməsi təmin ediləcəkdir".
Lavrov: "Bu, özlüyündə yaxşı bir şeydir"
Gəncədə qadın öz övladını xəstəxanada atıb gedib
Hərbçi dəm qazından zəhərlənərək ölüb
"Azeronline" aylıq paketi bahalaşdırıb, daha sonra isə... - "Sözündən belə çıxır ki, yemirsən cəhənnəmə ye!"
İsrail Qəzza üzrə Sülh Şurasına rəsmən üzv olub
NATO Baş katibi: "Rusiya ilə dialoqu dəstəkləyəcəm"
ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
İki özəl kanala lisenziya verildi
Baş nazirin sabiq müavinin qızı nazirliyə ofis icarəyə verib
Türkiyədə iki telekanal cəzalandırıldı - Səbəblər
PREZİDENT İLHAM ƏLİYEV MÜŞAVİRƏ KEÇİRDİ, TAPŞIRIQLAR VERDİ - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul etdi
Türkiyə Liviyada neft və qaz axtarışına başlayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fariz Babayev yeni vəzifəyə təyinat aldı
Hospitalın rəisi vəzifədən azad edilib - Zakir Həsənov polkovnikə yeni vəzifə verdi
Dövlət Statistika Komitəsinin sədri kollektivə təqdim olunub - Xalid Əhədov tərəfindən
Prezident İlham Əliyev fərman imzaladı - Qrantla bağlı
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
Pezeşkian: "Etirazı bir nemət kimi görürük, amma..." - "Heç bir əsl iranlı məscidi yandırmaz"
İsrail ordusu Livanın cənubunu bombalayıb
Xalq artisti: "Əgər yazıçı 5 manatından keçib teatra gəlmirsə, mən niyə onun kitabını almalıyam?"
Prodüsser Ayşe Barıma 12.6 il həbs cəzası verildi
"Neftçi" klubu cərimələnib
Onlar direktor təyin olundu - SİYAHI
"Hələ zavod çörəyi bahalaşmayıb, amma..." - Ekspert
Əməkdar artist: "...bir daha bu dünyaya gəlmə!" - VİDEO
“Kapital Bank” müştərilərin bank kartlarını niyə kütləvi bloklayır? - Maaşlar da "qara siyahı"dadır
Semeru dağında vulkan ard-arda beş dəfə püskürüb - İndoneziyada
Almaniya ordusu "dron sürüsü" alır - 536 milyon avro dəyərində
"Turan Tovuz”un məşqçisi cəzalandırıldı - Kluba isə 10 min manat cərimə kəsildi (VİDEO)
Pensiyalar iki aylıq artımla bir yerdə veriləcək - AÇIQLAMA
FAO ilə ANAMA ilə arasında yeni əməkdaşlıq müzakirə olunub
Epşteyn işi: 6 milyonçunun adı niyə sənədlərdə gizlədilib?
"Qəbələ" klubu əcnəbi futbolçu ilə anlaşıb
Mərkəz: "Ölkənin yeyinti məhsullarının ixrac dəyəri 22,6 % artıb"
Bakı və Əbu-Dabi arasında Anlaşma Memorandumu imzalanıb
"Qarabağ" – "Nyukasl" matçının biletləri sabah satışa çıxarılır
"Kamerasız gəl..." - Deputat Tahir Mirkişilinin qardaşı sakinlərin çıxarışını verə bilmir, qalmaqal böyüyür (VİDEO)
Məşhur aktyor 45 yaşında qəfildən vəfat etdi - Gecə yarısı + FOTO
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Müzakirə
Sabah hava necə olacaq? - Proqnoz