"İstəmirəm qocalığımı görsünlər..." - Azərbaycanın ilk peşəkar opera müğənnisi Fatma Muxtarova haqda maraqlı məlumatlar + FOTOLAR
19-10-2020 [12:05]
Azərbaycanın məşhur opera müğənnisi Fatma Muxtarova parlaq şəxsiyyətinə, misilsiz istedadına və qeyri-adi xarici gözəlliyinə görə bu gün də sevilir.
19 oktyabr Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR Xalq Artisti, Gürcüstan SSR Əməkdar Artisti, Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilən Fatma Muxtarovanın xatirə günüdür.
Tembrinə görə çox xoşagələn, eyni zamanda qüvvətli metso-soprano səsin sahibi Fatma Muxtarova bu cür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox gözəl gəlirdi. Bunlardan "Qaratoxmaq qadın" operasından Polinanın partiyası, "Mazepa" operasından Lyubovun partiyası, "Çereviçki" operasından Saloxanın partiyası, "Qar qızı" operasından Baharın partiyası, "Faust" operasından Zibelin partiyasını qeyd etmək olar. Ancaq müğənninin yaradıcılığında Azərbaycan tarixinə daxil olan "Karmen" obrazı xüsusi yer tutur.

1923-cü ildə Bakıya gələn rus rəssamı Brodski opera teatrında J.Bizenin "Karmen" tamaşasında iştirak edir. Karmen rolunu Muxtarovanın ifasında dinləyir və Fatma Muxtarovanı dünyanın ən gözəl Karmeni adlandırır.
Karmen rolu Fatma xanımı əlçalmaz yüksəkliyə qaldırır. Xanım sənətçinin tərəf-müqabili Ağababa Bünyadzadə öz xatirələrində bununla bağlı yazırdı: "Fatma xanım Karmen rolunu ifa etdikdən sonra mən bu rolun çoxlu ifaçılarını görmüşəm. Lakin onun yaratdığı obraz mənim ürəyimdə əbədi iz qoyub gedib. Bütün varlığı ilə səhnədə oynayan Fatma Muxtarova qəhrəmanın daxili aləmini açırdı. Onun baxışları həmişə dediyi sözlərlə uyğun gəlirdi. Onun iri qara gözlərində məhəbbət və nifrət eyni dərəcədə güclü idi".
Məlahətli ifası, özünəməxsus səhnə mədəniyyəti onun tez-tez bir teatrdan başqa bir teatra dəvət olunması ilə nəticələnir. Lakin Fatma Azərbaycan səhnəsində çıxış etmək arzusunda idi. Bu məqsədlə 1923-cü ildə Azərbaycan peşəkar teatrının 50 illiyi ilə bağlı bir təbrik məktubu göndərir. Məktubda belə yazırdı: “Gənc Azərbaycan teatrına rus opera səhnəsindəki ilk müsəlman qadından salam! Azərbaycan opera səhnəsində də ilk müsəlman qadın olmaq arzusu ilə yaşayıram...”.

Fatma Muxtarova 1923-cü ildə Bakıya gəlir. İlk olaraq J.Bizenin “Karmen” operasında səhnəyə çıxır. Bütün tamaşa boyu onun özünəməxsus ifası seyrçilər tərəfindən sürəkli alqışlarla qarşılanır. Həmin vaxt tamaşaçılar arasında olan tanınmış rus rəssamı İ.Brodski baş qəhrəmanı Fatma Muxtarovanın ifasında dinləyir və bu bənzərsiz sənətçini dünyanın ən gözəl Karmeni kimi dəyərləndirir.
Sənətkar 1928-ci ildə daimi yaşamaq üçün Bakıya köçür. Azərbaycan opera səhnəsində bənzərsiz obrazlar yaradır. Sənətin kamillik zirvəsinə çatan, vokal ifaçılığının ən zərif və emosional incəliklərini mənimsəyən aktrisa 1953-cü ilə qədər Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olur.
Bu teatrın səhnəsində Marfa və Marina, (“Xovanşina” - M.Musorqski), Lyubaşa, Bahar (“Çar gəlini”, “Qar qız” – N.Rimski-Korsakov), Amneris, Madalena (“Aida”, “Trubadur”, “Riqoletto” - C.Verdi), Əzra (“Nizami” - Ə.Bədəlbəyli), Qrafinya Polina (“Qaratoxmaq qadın” - P.Çaykovski), Vanya (“İvan Susanin” - M.Qlinka) və s. obrazları yaradan Fatma Muxtarova tamaşaçıların yaddaşında əbədi iz salır. Mütəxəssislər Karmen partiyasını onun yaradıcılığının zirvəsi hesab ediblər. O bu partiyanı həm Azərbaycan, həm də rus dilində bənzərsiz tərzdə ifa edib.
Onu da deyək ki, Fatma Muxtarova müxtəlif opera teatrlarının səhnəsində klassik ifaçılardan Fyodor Şalyapin, Bülbül, Sergey Lemeşevlə birgə çıxış edib. Solist kimi dünyanın bir sıra konsert salonlarında möhtəşəm çıxışları sənətsevərlərin könlünü oxşayıb.
Fatma Muxtarova 1946-cı ildə Opera Teatrında "Karmen"i Azərbaycan dilində oxuyan yeganə şəxs idi. Bu tamaşada olan məşhur Azərbaycan bəstəkarı Qara Qarayev "Karmenin" (Fatma Muxtarovanın) vokal və səhnə ustalığını yüksək qiymətləndirmişdi.
Sen-Sansın "Samson və Dalila" operasında Dalila obrazını yüksək ustalıqla yaradan Fatma Muxtarova haqda gürcü rejissoru İ.Kvaliaşvili öz xatirələrində yazırdı:
"Sen-Sansın "Samson və Dalila" operası bizim opera səhnəmizdə həddən az qoyulurdu. Yəqin ki, buna səbəb Dalila rolunun ləyaqətli ifaçısının olmaması idi. Fatma Muxtarova sanki bu rol üçün yaranıb. Onun insanı heyran edən ahəngdar səsi, gözəl xarici görkəmi sanki ona təbiət tərəfindən bu rolu ifa etmək üçün bəxş edilib".
Həyatının son illəri...
Opera sahəsində böyük uğurlar qazanan Fatma xanım 1928-ci ildə Bakıya köçür və Azərbaycan opera səhnəsinin ən parlaq şəxsiyyətlərindən biri kimi fərqli obrazlar yaradaraq, 1953-cü ilə qədər dövlət opera teatrında işləyir.
Sonralar Fatma Muxtarova bir çox mükafatlara, o cümlədən, Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülür. Nəvəsi Svetlana Kuroçkinanın sözlərinə görə, Fatma xanım ömrünün son günlərinə qədər öz dostlarını – Müslüm Maqomayevi, Hüseynqulu Sarabskini və ən ağır günlərində onun köməyinə gələn Murtuza Muxtarovu tez-tez xatırlayırdı.
Qısa arayış:
Fatma Səttar qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində dünyaya göz açıb. O, kiçik yaşlarında olarkən ailəsi Rusiyaya köçərək Rostovda, bir neçə il sonra Sankt-Peterburqda məskunlaşırlar. Lakin ailə ağır məhrumiyyətlərlə üzləşir - Fatma atasını itirir. Peterburqda heç bir yaxın qohumu və simsarı olmayan ailə çətin duruma düşür. Gözəl və şirin səsli, rus dilində sərbəst danışmağı bacaran qızcığaz qürbət eldə bir parça çörək üçün ağır zəhmətlərə qatlaşır. Əvvəlcə şarmanka çalıb-oxuyur, sonralar ifaçılığını qarmonun müşayiəti ilə davam etdirir. Amma həyat heç də həmişə insana boz üzünü göstərmir. “Katya” təxəllüsü ilə tanınan Fatma çox keçmir rus meydan teatrının təmsilçilərinə qoşulur. Günlərin birində yeniyetmə yaşına qədəm basan Fatma xalq teatrı truppasının tərkibində Saratova gəlir. İstedadlı müğənnini təsadüfən “Saratovskiye vedomosti” qəzetinin redaktoru A.Arxangelski də dinləyir. Bu qarabəniz, gözləri nur saçan qızın məlahətli, ecazkar ifasına heyran olur. O, elə həmin gün bu barədə Saratov Konservatoriyasının professoru M.Medvedyevə danışır. Bu iki ziyalının xeyirxahlığı sayəsində o daha ciddi sənət aləminə qovuşur.
![]()
Rusiyada vətəndaş müharibəsi illərində Fatma Muxtarova təbliğat-konsert briqadalarının tərkibində çıxış etməyə başlayır. Qırmızı ordunun döyüş bölgələrində konsertlər verir. 1920-ci ildən başlayaraq Kazan, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və Tiflis opera teatrlarında səhnəyə çıxır. Avropa və rus klassik sənətkarlarının əsərlərinin füsunkar ifaçısı kimi şöhrət tapır.
Tiflis opera teatrının səhnəsində qazandığı nailiyyətlərə, milli opera sənətimizin inkişafındakı böyük xidmətlərinə görə vokal ustası 1936-cı ildə Gürcüstanın Əməkdar artisti, 1940-cı ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülür.
Korifey sənətkar Fatma xanım Muxtarova 1972-ci il, oktyabrın 19-da vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.
Son söz yerinə:
"Fatma Muxtarova hər şeydən əvvəl alovlu, vulkanik temperament deməkdir. Mən bütün həyatım boyu Muxtarova kimi yalnız bir qeyri-adi aktrisa gördüm.
Bu, çox illər əvvəl Moskvaya gəlmiş italyan tragiki De Qrasso idi. Fatma Muxtarova kimi o da sadə bir adam idi, yüksək mədəniyyət sahibi idi. Onun yaradıcılığı Muxtarovanın surətləri kimi çılğın idi. Onların hər ikisinə də təbiət xüsusi bir vergi bağışlayıb: qarşısıalınmaz intuisiya vergisi, ən yüksək həqiqətləri kəşf etmək vergisi”, - Bu sözləri 80 ildən artıq ömür yaşamış, bu ömrün 60 ildən çoxunu teatra həsr etmiş, dünyanın nəhəng opera ustalarını görmüş məşhur rejissor N.N.Boqolyubov dünya opera sənətinin ulduzlarından olan azərbaycanlı Fatma Muxtarova haqqında demişdi...
Azərbaycanın ilk peşəkar opera müğənnisi Fatma Muxtarova həmişə o zirvədə qala bildi...
Fatma xanım ömrünün sonlarında evdən bayıra çıxmırdı. "İstəmirəm qocalığımı görsünlər. İstəyirəm, məni həmişə gözəl Fatma kimi xatırlasınlar", - deyirdi...
İllər keçsə də, Azərbaycan tamaşaçısı öz Karmeninin – Fatma xanım Muxtarovanın arzusunu yerinə yetirir, onu daim gözəl Fatma kimi yada salır...
Nurlanə ƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...