Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov son zamanlar bəzi ali məktəb tələbələrinin imtahanların keçirilmə formalarının dəyişdirilməsinə etdikləri etiraza münasibət bildirib.
Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib ki, imtahan hansı formada keçirilməsindən asılı olmayaraq, şəffaf və obyektiv keçirilməlidir: "Imtahanın obyektiv və ya qeyri-obyektiv keçirilməsi heç bir şəkildə imtahanın formasından asılı olmamaldıır. Məsələnin bu şəkildə qoyilması- əgər imtahan forması şifahi şəkildədirsə, obyektiv, digər şəkildə qeyri-obyektivdir- bu, ən azı, sadölövlük, ya da bilərəkdən məlumatın qeyri-düzgün şəkildə təqdim olunmasıdır".
Təhsil sistemində qiymətləndirməni çox mühüm amil sayan nazir qeyd edib ki, ali təhsildə verilən bilik səviyyəsi heç də obyektiv və şəffaf keçriilən imtahanda tam şəkildə təsdiqlənə blmir. Bu da universitetləri məcbur edirki, həm təhsil sistemlərinə, həm də qiymətləndirmə formalarına yenidən baxsınlar, təkmilləşdirmə yolları axtarsınlar. Bunu normal hal sayan M.Cabbarov heesab edir ki, ali təhsil ocaqlaırnın bu məsələlər barədə düşünməsi , islahatların, təkmilləşmənin yeni formaların tətbiq etməsi məntiqli və düzgün bir istiqamətdir.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin, daha sonra isə Azərbaycan Universitetinin tələbələri imtahanların etstlə deyil, yazılı formada keçirilmısinə etiraz ediblər(Trend).