Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov Türkiyənin "Fənərbaxça” klubunun rəhbərliyində yer alacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

"Komsomolskaya pravda”ya müsahibə verən "Krokus” şirkətinin prezidenti bu xəbərləri təkzib edib.

- Sizin "Fənərbaxça” klubunu almağa hazırlaşdığınız haqda xəbərlər yayılıb. Bunlar nə dərəcədə həqiqətəuyğundur?

- Yox, bunlar düz deyil. Bu mövzuda heç düşünməmişəm də. Bunu etməyə də hazırlaşmamışam.

- Bəs niyə belə informasiyalar yayılıb?

- Buna şərh vermək çətindir.

- Ümumiyyətlə, rusiyalı biznesmen Araz Ağalarov xarici klub almaq iqtidarındadır?

- Düşünürəm ki, nəyisə almaq lazımdırsa, bu da Rusiya klubu olmalıdır.

- Rusiya klubu almaq niyyətində deyilsiz ki?

- Birincisi, mən 2 komandanın - futbolda Moskva "Dinamo”su və otüstü hokkeydə Krasnoqorsk "Zorki”sinin sponsoruyam. Bunun öhdəsindən çətinliklə gəlirəm və bu planda nəsə almağa hazırlaşmıram. 

apasport.az