İsrail Xarici İşlər Nazirliyi bu gün İstanbuldakı konsulluğuna hücumla bağlı qısa açıqlama yayıb.
Mia.az Türkiyə mediasına istinadla bildirir ki, XİN bəyanatında 3 terrorçunun ölümü, iki polisin yaralanması hadisəsini terror aktı sayıb, Türkiyəyə xüsusi təşəkkür ediib: “Bu gün İstanbulda İsrail konsulluğuna qarşı terror aktını şiddətlə qınayırıq. Türkiyənin təhlükəsizlik qüvvələrinin bu hücumun qarşısını almaq üçün operativ tədbirlərini yüksək qiymətləndiririk. Terror bizi qorxutmayacaq”
F.Səfərli
MİA.AZ