Bu gün İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı insident baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, binanın qarşısında baş verən toqquşmada 3 silahlı şəxs zərərsizləşdirilib, 2 polis əməkdaşı yaralanıb.
İstanbul Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.
Məlumata görə, hadisə yerinə çoxsaylı polisı göndərilib, ərazidə güclü təhlükəsizlik tədbirləri görülüb.
Hüseyn Namazov
MİA.AZ



