9 oktyabr seçkilərindən sonra mətbuatda ən çox adı hallananlardan biri də MSK sədri Məzahir Pənahov oldu. Şəffaf və demokratik seçkilərin vazkeçilməz aktoru olan M.Pənahovun hətta cəzalandırılacağı xəbəri də yayılmağa başlamışdı. Ancaq proqnozlara rəğmən onun cəzalandırılması deyil, mükafatlandırılması barədə xəbər əldə etmişik.
"Qafqazinfo” xəbər verir ki, Moderator.az-a daxil olan məlumata görə MSK sədrinin qardaşı Mahir Pənahov Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəis müavini təyin olunub.