Sabah saat 10:00-dan 14:30-a qədər Abşeron rayonunun Mehdiabad və Saray qəsəbələrinin bəzi ərazilərində, Qurd Dərəsi, Corat bağlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. 

Mia.az xəbər verir ki, bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

Onun sözlərinə görə, fasilə Bağlar Enerji Təchizati və Satiş Idarəsində (ETSİ) 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxan Mehdiabad-1,2 EVX-də və 35/6 kV-luq 143 saylı yarımstansiyada aparılan təmir işləri ilə əlaqədardır.

"Azırişıq" rəsmisi yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyib. 

Qeyd edək ki, Abşeron rayonunda elektrik enerjisi təchizatı ilə bağlı problemlər mütəmadi yaranır.