Bakı Apellyasiya Məhkəməsində "Bizim yol” qəzetinin əməkdaşı və "moderator.az” saytının rəhbəri Pərviz Həşimlinin barəsində olan məhkəmə qərarından verilən şikayətə baxılıb.
APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, P.Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Səbail Rayon Məhkəməsində P.Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib.