Qızılağac Milli Parkının ərazisində ova cəhd edən şəxs saxlanılıb.
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Əlikram İsmiyev olduğu müəyyən edilib: "Ondan ov silahı götürülüb. Faktla bağlı Ə.İsmiyev barəsində akt, protokol tərtib olunub və o, 1000 manat məbləğində cərimə edilib".