Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti istefa verib və bu, qəbul edilib.
AMEA-dan Mia.az-a verilən məlumata görə, bu gün bununla bağlı AMEA-nın Ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda AMEA-ya yeni prezident seçiləcək: "Yəqin ki, gün ərzində prezidentliyə namizədlər müəyyən olunacaq və seçkilər keçiriləcək”.
Qeyd edək ki, AMEA-nın hazırkı prezidenti, akademik Akif Əlizadənin 85 yaşı var.
O, 2013-cü ildən bu vəzifəni tutur.