İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif oktyabrın 25-də Azərbaycana gələcək.
Mia.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib.
O bildirib ki, Ruhani Bakıda rəsmilərlə görüşməklə yanaşı, Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər.
Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.