"Qərar səsevrmə əsasında keçirilib və 43 faiz səslə ehtiyat namizədin irəli sürülməsi müəyyənləşib".
Eldar Namazov həmçinin qeyd edib ki, həmin namizədin hələ ki, adı açıqlanmır: "Vahid ehtiyat namizəd də yaxın günlərdə müəyyən olunacaq".
Qeyd edək ki , Milli Şuranın gərgin sessiyası bu gün saat 15-00 dan başlamışdı. Milli Şura sədri Rüstəm İbrahimbəyov da telefonla müzakirələrə qoşulub və bildirib ki, Milli Şura nə qərar versə, ona hörmətlə yanaşacaq.
***
Müzakirələr zamanı Cəmil Həsənli və Mehman Əliyevin ehtiyat namizəd olması təklif edilib. Amma tərəfələr vahid ehtiyat namizəd olmağa razı olmayıblar.