Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və BAXCP sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi təsdiq edilib. Bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında verilib.

Bununla da Azərbaycanda prezidentliyə namizədlərin sayı 8-ə çatıb.Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.

Eyni zamanda ASDP və BAXCP partiyalarının səlahiyyətli nümayəndələri iclasda təsdiq edilib.