Facebook sosial şəbəkəsində yayılan məlumata görə, Milli Şuranın mitinqindən sonra KXCP sədri Mirmahmud Mirəlioğlunun maşını təqib olunub. Bu barədə VHP funksioneri Samir Əsədli məlumat paylaşıb:
"KXCP-dən verilən məlumata görə, Mirmahmud Mirəlioğlunun avtomobili teqib edilir”.
Bunu KXCP sədri ilə eyni maşında olan partiya üzvü Sərxan Carçı faktı təsdiq edib. O, facebookda belə bir status paylaşıb: "Hə bəy, yoldayıq. Hal hazırda Ata Abdullayev mulkü masinda Ağa (Mirmahmud Mirəlioğlu) gedən masının peşindədir”.
Qeyd edək ki, Ata Abdullayev "drujinnik” kimi tanınır. Kütləvi aksiyalarda polisin tərəfində mülkü geyimdə müxalifətçilərə qarşı fəaliyyət göstərir və aqressiv hərəkətləri ilə fərqlənir.
musavat.com