Daxili İşlər Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşının qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az-a açıqlamasında bildirib ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

DİN rəsmisi həmçinin qətli törədən şəxsin kimliyinin müəyyən edilmədiyini qeyd edib.

"Avqustun 14-də Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Elmira Dadaşova öz evindən bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb. Faktla əlaqədar cinayət işi başlanıb, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir. Hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb”.