Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc partiyadan qovulub. Qərar partiya rəhbərliyi tərəfindən bu gün verilib. Bunu virtualaz.org-a eksklüziv açıqlamasında AVP sədri, deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, Zahid Oruc son açıqlamalarından sonra partiyadan kənarlaşdırılıb: "Xahiş edirəm ki, bundan belə Zahid Orucla bağlı bizim partiyamıza müraciət etməyin. Onun bizim partiyamıza daha heç bir aidiyyəti yoxdur”. F.Ağamalı partiyanın Z.Orucla bağlı rəsmi qərarının yaxın saatlarda yayılacağını bildirdi.


"Partiya sıralarından azad olmağımı sual şəklində qoymaq olar və bir az obrazlı dillə desək, nida şəklində də qarşılmaq olar". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında millət vəkili Zahid Oruc AVP-dən qovulmasına münasibət bildirərkən deyib.

Zahid Oruc bildiirb ki, bu mənə daha azad müstəqil şəkildə seçki kampaniyamı aparmağa imkan verəcək: " Buna hörmətlə yanaşıram. Təmkinim, dözümüm daha da artacaq. Hər qoyulmuş nöqtdən sonra yeni sətir başlayır. AVP-ni qurultayın qərarlarını sistemli şəkildə həyata keçirməyə çağırıram. Bundan sonra Milli Məclsin üzvü kimi qaldırdığım problemləri seçki kampaniyası dövründə də qaldıracam”.