Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlib. Dövlət başçısı əvvəlcə İsmayıllı şəhərinin mərkəzində mərhum prezident Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Qasımov Prezident İlham Əliyevə Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılmış, yaşıllıq salınıb.
Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirib.