Bunu Modern.az-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O, Zahid Orucun Ana Vətən Partiyasından çıxaraq özünə yeni partiya yaradacağı ilə bağlı yayılan xəbərə münasibət bildirərkən partiya sədri ümumiyyətlə Fəzail Ağamalı-Zahid Oruc duelinin KİV-də geniş tirajlanmasının əleyhinə çıxıb. "Zahid Orucun öz namizədliyini irəli sürməsinə mənim münasibətim ifadə olunub. Vəssalam. Mən bununla da hər şeyə nöqtə qoyuram. Partiyanın bu məsələyə müvafiq yanaşması olacaq və vermiş olduğumuz qərar KİV-ə çatdıralacaq.
Mediada Zahid Orucun Ana Vətən Partiyasının sədr müavini kimi təqdim edilməsinə etiraz edən Fəzail Ağamalı onu da qeyd etdi ki, Zahid Oruc artıq partiyanın sədr müavini deyil. "O, partiyanın 6-cı qurultayına qədər sədr müavini idi. Bütün sədr müavinlərinin səlahiyyətləri dayandırıldığı kimi onun da səlahiyyəti dayandırılıb. Partiyanın 6-cı qurultayından sonra "Ana Vətən”in Ali Məclisinin üzvüdür”.