Azərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə bu gün səhər əksər məscidlərdə, o cümlədən Təzə Pir Məscidində bayram namazı qılınıb.


Trend-in məlumatına görə, yeni Ay Azərbaycan ərazisində dünən müşahidə olunmadığından bayram namazı bu gün səhər qılınıb.

Qeyd edək ki, dünyanın bəzi müsəlman ölkələrində Ramazan bayramı ilə bağlı bayram namazı avqustun 8-də qılınıb.