Gündəliyin təsdiqindən sonra söz AXCP sədri Əli Kərimliyə verildi:
Əli Kərimli demokratik qüvvələrin geniş tərkibdə birləşməsini və Rüstəm İbrahimbəyovun vahid namizəd kimi irəli sürülməsini düzgün yürüdülmüş siyasət adlandırdı. Bildirdi ki, bu, hakimiyyəti ciddi narahat etdi və hakimiyyət İbrahimbəyovun namizədliyinin qeydə alınmaması üçün düşünməyə başladı.
Əli Kərimli seçki gününün irəli çəkilməsini də Milli Şuranın vahid namizədini seçkidən kənarda saxlamaq istəyi ilə izah etdi.
AXCP sədri bildirdi ki, partiya hələ ötən sessiyada İbrahimbəyovun sənədləri qaydaya düşən kimi onun kampaniyasının təşkili üçün görülməli işləri müzakirə edib və bu barədə indi hesabatlar dinləniləcək.
Partiya bu seçkidə özünün iştirakı ilə bağlı da məsələni nəzərdən keçirməlidir. Mən hesab edirəm ki, AXCP bu seçkidə öz namizədi ilə o zaman iştirak edə bilər ki, bir yerdə olduğumuz demokratik qüvvələr belə bir razılığa gəlsinlər.
AXCP sədri qeyd etdi ki, ölkədə demokratik seçki mühiti olsaydı, partiya təkbaşına öz namizədi ilə hakimiyyətin istənilən namizədinə qalib gəlmək gücündədir. Lakin demokratik seçki mühiti olmadığı indki situasiyada demokratik qüvvələr böyük birlik şəklində seçkiyə getməlidirlər. Yalnız bu halda Azərbaycandakı kimi sülalə rejimlərinə qalib gəlmək olar.
Əli Kərimli sonda bəyan etdi ki, Azərbaycan cəmiyyəti AXCP-nin heç bir halda öz maraqlarını xalqın maraqlarından üstün tutmayacağına, yalnız xalqın xeyrinə qərarlar verəcəyinə əmmin olmalıdır.
Cəbrayıl şöbəsinin sədri Aydın Əliyev partiiya sədri Əli Kərimlinin məzilinə gizli daxil olma faktını diqqətə çatdıraraq, Ali Məclisin buna münasibət bildirməsini təklif etdi və təklif qəbul olundu. Məclis bununla bağlı bəyanatla çışıx etmək qərarına gəldi.
Müzakirələrə AXCP sədri Əli Kərimli yekun vurdu. Əli Kərimli Ali Məclisin qərar qəbul etməsi üçün təkliflərini səsləndirdi. Təkliflər bunlardır:
AXCP İbrahimbəyovun namizədliyini dəstəkləməkdə davam edir, ən son məqama qədər onun
Əgər İbrahimbəyovun vətəndaşlıqdan çıxması həll olunmazsa və onun özü Milli Şuradan başqa namizədin irəli sürülməsini mümkün sayarsa, Ali Məclis tövsiyə edir ki, Milli Şura yeni vahid namizəd irəli sürməlidir.
AXCP Milli Şuranın qorunub saxlanmasını və güclənməsini ən vacib prioritet elan edir.
Yarana biləcək yeni situasiyalara uyğun qərarlar qəbul etmək üçün Ali Məclisin Rəyasət Heyətinə səlahiyyət verilir.
Ölkədə seçki mühitinin olmadığı haqda Ali Məclis adından bəyanat qəbul olunsun.
Əli Kərimlinin təklifləri əsasında Ali Məclisin qərarı qəbul olundu. Qərarda deyilir:
1.Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov vahid namizəd olaraq sonadək dəstəklənsin. Seçki kampaniyasına hazırlıq davam etdirlisin.
2.Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına son qoyulmayacağı halda, Rüstəm İbrahimbəyovun özünün də məqsədə uyğun saydığı təqdirdə təklif olunsun ki, Milli Şura növbəti dəfə vahid namizəd müəyyənləşdirərək seçkilərə vahid qüvvə kimi getsin.
3.Ölkə müxalifətinin birlik modeli olaraq Milli Şuranın qorunub-saxlanması prioritet vəzifə elan olunsun.
4.Seçki kampaniyası dövründə partiyanın üzləşdiyi şəraitə uyğun olaraq qərar qəbul etmək ssəlahiyyəti Rəyasət Heyətinə verilsin.
azadlıq.info