Aksiya iştirakçıları "Amerikaya yox", "İsrailə yox", "Qarabağ və Qüdsə azadlıq" şüarları səsləndiriblər. Təxminən 50-dən çox etirazçı arasında azyaşlılar və qadınlar da olub. Polis aksiyanın qarşısını alıb və iştirakçıların bəzilərini saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib ki, saxlanlarla bağlı dəqiq məlumat bir qədər sonra veriləcək.
Xatırladaq ki, hər il Ramazan ayının sonuncu cümə günü "Qüds Günü" kimi qeyd olunur. İsrailin Fələstini işğalına öz etirazını bildirənlər "Qüds Günü"ndə dünya müsəlmanları həmrəy olurlar.