Prezident İlham Əliyevin ötən axşam Moskvaya qəfil səfərə getməsi ilə bağlı məlumatlar yayılıb. "Turan” İnformasiya Agentliyinin yaydığı xəbərə görə, ölkə başçısı iyulun 31-də gecə Moskvaya xüsusi səfərə gedib. Xəbərdə bildirilir ki, Prezident Moskvanın tam mərkəzində, Kremldən iki addım məsafədə yerləşən Lotte Hotel-də yerləşib.
Məlumatda həmçinin Azərbaycan prezidentinin Rusiyanın baş naziri Dmitri Medvedevlə qeyri-rəsmi görüş keçirdiyi bildirilir.
Modern.azsaytı məlumatı dəqiqləşdirmək üçün Azərbaycan Respublikasının Prezident Administrasiyası ilə əlaqə saxlayıb.
Prezidentin mətbuat xidməti əməkdaşımızın sorğusuna "bizdə belə bir məlumat yoxdur” deyə cavab verib.