Milli Şuranın Tiflisə gedən nümayəndə heyətinin bəzi üzvləri artıq mənzil başına çatıb.  Milli Şuranın üzvü  Natiq Ədilovun (Güləhmədoğlu) verdiyi məlumata görə, nümayəndə heyəti təhlükəsizlik baxımından Tiflisə ayrı-ayrı qruplar halında getmək qərarına gəlib. Əvvəlcə hamının eyni avtobusda getməsi nəzərdə tutulub, lakin sonradan sərhəddə avtobusun hansısa bəhanə ilə saxlana biləcəyi nəzərə alınaraq belə taktika seçilib.

N.Güləhmədoğlu xəbər verir ki, nümayəndə heyətinə Vere Palace otelində yer ayrılıb. Onlar burda gecələyəcək və müzakirələr də axşam saatlarında burda başlayacaq. Rüstəm İbrahimbəyov da bu oteldə qalır.

azadliq.info