Martın 8-də Beynəlxalq Qadınlar Günü ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində qeyri - iş günü olacaq.

Mia.az xəbər verir ki, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.