Təhsil naziri Ceyhun Bayramov şöbə müdirini işdən çıxarıb.

Mia.az  unikal.org-a istinadən xəbər verir ki, Ceyhun Bayramovun müvafiq əmri ilə, nazirliyin Daxili Nəzarət Şöbəsinin rmüdiri Kənan Quliyev vəzifəsindən azad olunub. Onun yerinə İlqar Mahmudov təyin olunub.

Xəbəri Təhsil Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, İlqar Mahmudov bu təyinata qədər Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini, yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb.

Onu da nəzərə çatdıraq ki, K.Quliyevlə bağlı mətbuatda tez-tez mənfi xəbərlər yayılırdı. Onun direktorlardan rüşvət tələb etdiyi ilə bağlı yerli mediada silsilə xəbərlər dərc olunurdu. K.Quliyevin sabiq MTN naziri Eldar Mahmudovun yaxın qohumu olduğu da bildirilir.