[/center] ?Konkret Bakı Dövlət İqtisadi və Humanitar Kollecinin direktoru Bilman Vəliyevlə bağlı xəbərdə qeyd olunanlar yeni nazirin ?köhnə metod?la işlədiyindən xəbər verir. Bilman Vəliyevin rəhbərlik etdiyi kolleclə bağlı məsələ hələ Misir Mərdanov nazir olduğu dövrlərdə yaşanıb. Yəni bu qalmaqal indinin söhbəti deyil. Mikayıl Cabbarov isə Misir Mərdanovun dövründə olan bu şikayəti yeni şikayət kimi yayaraq, guya tədbir gördüyünü açıqlayıb. Amma fakt odur ki, Bilman Vəliyev özü ərizə yazaraq vəzifədən getdiyini bəyan deyib?. Məlumata görə, B.Vəliyev, həm də YAP Abşeron rayon təşkilatının sədridir. O, uzun illərdir ki, hakim partiyanın yerli təşkilatına rəhbərlik edir. Xəbərlə bağlı tərəflərin mövqeyini də yaya bilərik.