Təhsil Nazirliyinin daha bir şöbə müdiri öz işini itirib. Mia.az xəbər verir ki, Movqe.az Təhsil Nazirliyindəki etibarlı mənbələrinə istinadən bildirir ki, nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsi ləğv edildiyindən avtomatik olaraq Hacıyeva Təranə İmamverdi qızı bu şöbənin müdiri vəzifəsinin itirib. Və sabiq şöbə müdirinə nazirlikdə başqa vəzifə həvalə olunmayıb. Məlumatı dəqiqləşdirmək üçün Təhsil Nazirliyinin mətbuat xidmətinə göndərdiyimiz sorğu hələki cavablandırılmadığından bu barədə nazirliyin rəsmi mövqeyini gözləyirik. Xatırladaq ki, bu gün nazir Mikayıl Cabbarovun əmri ilə nazirliyin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev vəzifəsindən azad olunub. Bundan əvvəl isə nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şahrıza Əliyev işini itirib. Onu da qeyd edək ki, T.Hacıyevanın nazirliyin aparat rəhbəri İlham Pirməmmədovun müavini də olduğu bildirilir.