Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Bakı şəhərində baş verən yanğında ev sahibinin meyiti tapılıb. Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan dördotaqlı evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 20 kv.m sahədə və hamamın lambirdən ibarət tavanı 9 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı hamamda ev sahibi H. N. Əfəndiyevin meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.