Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlər keçirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən MİA-ya daxil olan xəbərə görə, həftənin sonuna qədər davam edəcək təlimlər müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilir. Təlimlərə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.