Dünya Bankının maliyyə dəstəyi ilə reallaşdırılan Ələt-Astara yolunun tikintisini həyata keçirən ?Todini? şirkətində səhər saatlarından 60-a yaxın sürücü işi saxlayıb. Aksiyanın səbəbi sürücülərin əmək haqqının olduqca aşağı olmasıdır. Belə ki, sürücülərə verilən aylıq əmək haqqının 170-270 AZN civarında olması narazılığı qızışdırıb. Mia.az xəbər verir ki, bu xəbəri Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Facebook sosial şəbəkəsində verib. Məlumata görə, sürücülərin narazı qaldıqları digər məsələlər maşınlara artıq yükün vurulması və bununla həyatlarının təhlükə altına atılması, Novruz bayramı günlərində işə çıxarılmalarına baxmayaraq, həmin günlər üçün əmək haqlarının verilməməsidir. Xatırladaq ki, layihənin sifarişçisi ?Azəryolservis? ASC-dir. Sözügedən ASC-dən də olaya hələ ki reaksiya verilməyib. Hazırda aksiyanın davam edib-etmədiyi isə hələ ki dəqiqləşdirmək mümkün olmayıb.