Bu gün daha bir yüksəkçinli məmur övladına xeyir işi edir. Beləki,baş nazir Artur Rəsizadə qızına toy məclisi qurub. Məlimata görə, ?Buta Palace?də keçirilən toy mərasiminə digər dövlət məmurları, həmçinin baş nazirin Rusiyadakı dostları da dəvət edilib. Hətta bu məqsədlə toy mərasiminə Rusiyanın dövlət adamlarından birinin də gəldiyi söylənilir. Mia.az Dia.az-a istinadən xəbər verir ki, baş nazirin qızı Ukraynanın Odessa şəhərində prokuror vəzifəsində işləyən soydaşlarımızdan biriilə evlənir. Yəni o, xaricdə yaşayan soydaşımızla qohum olur. Allah xoşbəxt eləsin!