Misir Mərdanov yeni vəzifəsindən danızdı
Sabiq təhsil naziri Misir Mərdanov AMEA prezidentliyinə namizəd olmadığını açıqlayıb. Misir Mərdanov ANS PRESS-ə eksklüziv açıqlamasında belə bir şeyin qətiyyən mümkün olmadığını bildirib: "Bu qətiyyən mümkün deyil". AMEA-dan isə bu məsələ bağlı ANS PRESS-ə verilən məlumata görə, sabahkı iclasda sabiq təhsil naziri Misir Mərdanovun AMEA-ya həqiqi üzvü məsələsi həll oluna bilər. Misir Mərdanovun AMEA-ya prezident olması şansının çox yüksək olduğu qeyd edilir.
Sabiq nazir ona yeni vəzifə verilməsi məsələsinə də aydınlıq gətirib. "Bu barədə bir şey demək istəmirəm. Vaxtı gələndə hər şeyi biləcəksiniz", - deyə Misir Mərdanov bildirib.
Xatırladaq ki, Misir Mərdanov aprelin 19-da prezidentin sərəncamı ilə iatefaya göndərilib. Onu bu postda Mikayıl Cabbarov əvəz edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08