Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Mia.az President.az saytına istinadən xəbər verir ki, İlham Əliyevin bugünkü sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Akif Ağa Mehdi oğlu Əli-zadə bu vəzifəyə təsdiq edilib.