Ramil Usubov Rasim Musayevi yüksək vəzifəyə təyin etdi
Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışmış polis general-mayoru Rasim Musayev DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Bu barədə DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-in sorğusunu cavablandırarkən deyib.Nazirin digər əmri ilə DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsində çalışan polis polkovniki Möhübbət Hüseynov Lənkəran şəhər Polis Şöbəsinə rəis təyin olunub. Lənkəran şəhər Polis Şöbəsinə rəisi polis polkovniki Elxan Əliyev DİN-in sərəncamına götürülüb.
Qeyd edək ki, bir müddət öncə Rasim Musayev öz xahişi ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən istefa verib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08