REAL hərəkatının sədri İlqar Məmmədov İsmayıllı hadisələri ilə bağlı yenidən Baş Prokurorluğa çağırılıb. İlqar Məmmədov hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dindirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, ona qarşı insanları kütləvi iğtişaşlara təhrik etmə maddəsi ilə ittiham irəli sürülüb. İlqar Məmmədov prokurorluqda vəkil Fuad Ağayevin onun hüquqlarını müdafiə etməsini tələb edib. Qeyd edək ki, bir neçə gün öncə REAL hərəkatının sədri İlqar Məmmədov İsmayıllı hadisələri ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilmişdi. *** REAL hərəkatının sədri İlqar Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs edildi. Onun barəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülərək (233- İctimai qaydanı pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə - və 315.2 ? hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaq müqavimət göstərmək maddələri ilə) barəsində iki ay həbs qərarı verilib.