Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi şərəfinə Buta sarayında ziyafət təşkil olunub. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlət başçısı və xanımının salona gəlişi hərarətlə qarşılanıb. Prezident İlham Əliyev ziyafətdə nitq söyləyib.