Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev təkcə qardaşı Mahir Abdullayevin oğurlanması istiqamətində yaydığı video-kompromatlarla ölkənin gündəmini canlandırmayıb, o, həm də mülkiyyətləri ilə bağlı hüquqi müstəvidə mübarizəyə start verib. Bu barədə mia.az-a daxil olan məlumata görə, dünən Elşad Abdullayevin Sabir İbrahim oğlu Cəfərov və başqalarına qarşı mülki qaydada qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib: ?Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ABU rektorunun adıçəkilənlərə qarşı ?alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi?ndən bəhs edən şikayətinə baxılıb. Amma qərar elan olunmayıb?. Məlumata görə, proses noyabrın 30-da davam etdiriləcək. Xatırladaq ki, adıçəkilən işə Yasamal rayon Məhkəməsində baxılıb və qətnamə ABU rektorunun əleyhinə olub.