Sumqayıt şəhərində Etilen-Polietilen zavodunun ərazisində yanğın olub. MIA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, zavodun hazırda fəaliyyət göstərməyən E-1 sexində söküntü işləri aparılarkən tutumu 70 m3 olan boş çəndə istehsalat qalıqları yanıb. Sex yanğından mühafizə olunub. Yanğın saat 11:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.