Mərkəzi Bank ?Royal Bank?ı rəsmən müflis etdi
Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bank bir neçə ay əvvəl lisenziyasını ləğv etdiyi ?Royal Bank? Açıq Səhmdar Cəmiyyətini rəsmən maliyyə sektorundan ?silmək? üçün məhkəməyə müraciət edib. Artıq məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb.
Mia.az-ın əldə etdiyi xəbərə görə, Mərkəzi Bankın qanunauyğun olaraq ?Royal Bank? Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi üçün qaldırdığı iddia üzrə məhkəmə işi ötən həftə Bakı Apellyasiya Məhkəməsində də araşdırılıb: ?Sözügedən məhkəmənin hakimi Valeh Ağayevin sədrliyi ilə işə oktyabrın 30-da baxılıb. Hakim birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, ?Royal Bank?ın rəsmən müflis olduğunu təsdiq edib?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08