Bu il rezdenturaya qəbul imtahanlarının minimal keçid balı 100 bal olub. TQDK-nın sədri Məleykə Abbaszadə deyib ki, gələn il rezdenturaya qəbul imtahanlarının balı artırılacaq. M.Abbaszadə bu il rezdenturaya qəbul imtahanında iştirak etmək üçün 522 nəfərin müraciət etdiyini deyib. ?Onların 100 nəfərdən çoxu minimal baldan yuxarı nəticə göstərib. Əksəriyyəti Tibb Universitetinin tələbələridir. 10 nəfər Naxçıvan Dövət Universitetinin, 2 nəfər Odlar Yurdu Universitetinin, 3 nəfər isə Xəzər Universitetinin tələbəsidir?- deyə TQDK sədri bildirib.